“Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” mövzusunda konfrans keçirilib

“Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” mövzusunda konfrans keçirilib
SOSİAL
11:56 10.10.2025
306
"Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri”  mövzusunda konfrans keçirilib.  Mətbuat Şurasının konfrans zalında keçirilən tədbir Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  tərəfindən eyni adlı layihə çərçivəsində təşkil edilib.
 
AZXEBER.COM xəbər verir ki, layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Konfransı giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, statistik məlumatlara əsasən, bu gün dünya əhalisinin 64 faizə qədəri sosial şəbəkə istifadəçiləridirlər: "Bu, dünya əhalisinin yarıdan çoxunun informasiyanı sosial şəbəkələr üzərindən alması və yayması deməkdir. İnformasiya məkanında bu qədər böyük paya malik olan sosial şəbəkə platformalarında təhlükəsizlik qaydalarının öyrənilməsi və tətbiq edilməsi zəruri hala çevrilir”.  
MŞ sədri sosial şəbəkələrdə təhlükəsizlik mövzusuna həsr edilmiş  layihəni hazırlayıb icra etdiyi üçün MİTD İB-yə, həmçinin, layihəyə dəsdək göstərən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. 

Layihənin koordinatoru, MİTDİB sədri  Müşfiq Ələsgərli bildirib ki, ötən  5 ay müddətində icra edilən layihə çərçivəsində sosial şəbəkələrdə informasiya təhlükəsiliyi və onların tənzimlənməsi üzrə akademik mərkəzlər tərəfindən irəli sürülən son elmi tezislər araşdırılıb: "Həmçinin, Almaniya, Fransa, Türkiyə, Çin , Rusiya və  ABŞ-də bu kontekstdə tətbiq olunan  modellər araşdırılaraq öyrənilib. Əldə edilmiş materiallar əsasında 10 məqalə hazırlanaraq, dərc edilib. Məqalələrin onlayn informasiya resurslarında yerləşdirilməsi Azərbaycan audotoriyasına imkan verir ki, sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq edilən qanun və qaydalar haqqında zəruri məlumatları alsınlar”. 

Konfransda çıxış edən "Bayraqdar Media” saytının qurucusu Azər Həsrət, "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, CASCFEN sədri Nadir İsmayılov, "Metbuat.az” xəbər portalının baş redaktoru Ramil Mirzəyev və digərləri mövzu üzrə fikirlərini çatdıraraq, icra edilmiş layihənin əhəmiyyətli olduğunu bildiriblər.  

 

 

 



OXŞAR XƏBƏRLƏR