Yeni Zelandiyada bir yeniyetmə sosial şəbəkədə məşhur "qəza” adlı oyunu oynayarkən başından aldığı ağır zərbədən dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiya mətbuatı məlumat yayıb.
Belə ki, Şimali Palmerstonda yaşayan Ryan Satterthwaite, dostları ilə heç bir təhlükəsizlik tədbiri görülmədən insanların bir-birinə toqquşaraq oynadığı "Run It" oyununu oynayıb.
19 yaşlı Satterthwaite oyun zamanı başından aldığı ağır zərbədən sonra xəstəxanada dünyasını dəyişib.
Rəsmilər Satterthwaite-nin ölümünü "faciə" kimi qiymətləndirərək deyiblər:
"Biz bu cür oyun və ya fəaliyyətdə iştirak etməyi düşünən hər kəsi ciddi təhlükəsizlik və yaralanma risklərini nəzərə almağa çağırırıq".
Səlahiyyətlilər hadisə ilə bağlı cinayət işinin olmadığını və məhkəmə-tibb ekspertizasının davam etdiyini bildiriblər.
Ölüm hadisələri keçən həftə Oklenddə keçirilən "Run It Straight" yarışmasından sonra baş verib. Səkkiz nəfərin 20.000 $-lıq mükafat uğrunda mübarizə apardığı tədbirdə iki nəfər huşunu itirərək xəstəxanaya aparılıb.
Oksana