Sosial şəbəkələrdə sənətçilərimizin macəraları - FOTOLAR

MAQAZİN
13:14 17.09.2012
8087
1. Xalq artisti Aygün Kazımova "Qol" klipinin kadrarxası görüntülərini yayımladı.
2. "Mən azadam" adlı klipi üzərində həftələrdir çalışan "Eurovision 2011"in qalibi Eldar Qasımov bu həftə yeni işini təqdim etdi.
3.Brilliant Dadaşova isə ad gününü hər il olduğu kimi öz ailəsinin və dostlarının ətrafında keçirdi.
4.Çingiz Mustafayevlə çəkdirdiyi və "Biz dostuq" başlıqlı şəkli müğənni Aygün Rəhimova paylaşdı.
5.Sevda və Emma Ələkbərzadə bacıları istirahətlərini də birlikdə keçirirlər.
6. Aparıcı Rahib Azəri aktrisa Həmidə Ömərova ilə birgə. Aparıcı bir zamanlar Həmidə Ömərovanın böyük heyranı olduğunu bildirir.
7. "Məktəb illəri" mahnısını Lalə Məmmədova nəhayət ki, öz qızı üçün oxudu. Müğənninin qızı Nərgiz 15 sentyabr Bilik Günü həyəcanı keçirənlərdəndir.
8. Belarusda yaşayan və futbolçu ilə ailə quran müğənni Günəş Abbasova yeni fotosessiyasından bir neçə fotonu dostları ilə paylaşdı.
9. Bu isə "Eurovision 2012" mahnı müsabiqəsinin sevimli aparıcılarından olan Nərgiz Birk-Petersendir. Aparıcı həyat yoldaşı və övladları ilə birgə.
10. Bəstəkar Elçin İmanov Röya ilə nə barədə danışır, bilmədik, amma Eyyub Yaqubov bu söhbətə böyük maraqla qulaq asırdı.
11. Müğənni Safura Əlizadənin bacısı da özü kimi istedadlıdır. Fidan Əlizadə həm foto, həm də musiqi sahəsində özünü sınamaq istəyir.
12. Tanınmış rejissor Ülviyyə Könül istirahətdə. Rejissorun qaradərili dostları ilə fotosu böyük marağa səbəb oldu.
13. Bu isə "Miss Millenium" Validə Abbasovanın 90-cı illərdə çəkdirdiyi şəkillərdəndir. Fotoların çoxu modelin Bakı Dövlət Universitetində təhsil aldığı illərə təsadüf edir.

OXŞAR XƏBƏRLƏR