Sosial şəbəkələrdə yayılan helikopter qəzası ilə bağlı fərziyələr - Kimlər bunu edir?

Sosial şəbəkələrdə yayılan helikopter qəzası ilə bağlı fərziyələr - Kimlər bunu edir?
SOSİAL
15:56 01.12.2021
1445
Azərbaycanda ötən gün baş verən hərbi helikopter qəzasından dərhal sonra bəzi "youtube" kanalları və sosial şəbəkə istifadəçiləri ağlasığmaz versiyalar ortaya atdılar.
 
Bəs görəsən, rəsmi açıqlamanı gözləmədən bu kimi addım atmaq nəyə hesablanıb?
 
Əməkdar jurnalist Elman Babayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, araşdırmanın nəticələri bəlli olmadan ağlagəlməyən versiyaların ortaya atılması ictimai rəyi çaşdmaqdır: "Əraziyə baxış keçirilib və Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin aidiyyəti maddələri ilə cinayət işi başlanıb. Xüsusi nəzarətə götürülən iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilməkdədir. Bütün bu hadisələrin fonunda təəssüf doğuran mənzərənin şahidiyik.
Araşdırmanın nəticələri bəlli olmadan ağlagəlməyən versiyalar ortaya atılmaqla ictimai rəy çaşdırılmaqdadır. Hansı ki, bunun tam əksi olmalı idi. Jurnalist deyib ki, bu məsələdə hər kəs diqqətli olmalıdır: "Cəmiyyətin üzdə olan kəsimi, xüsusilə, mətbuatla bağlı adamlar daha soyuqqanlı olmalı, rəsmi mənbələrə üstünlük verməli, şaiyələrin yayılmasını önləməlidir. Amma nə baş verir? Bir sıra internet kanalları, sosial şəbəkə istifadəçiləri heç Azərbaycana düşmən olan qüvvələrin ağlının ucundan belə keçməyən informasiyalar irəli sürməkdədirlər”.

Elman Babayevin sözlərinə görə, bu cür hadisələrdə rəsmi məlumatları gözləmək mütləqdir: "Belə şaiyələrə ilkin rəsmi məlumatın gecikməsinin rəvac verdiyini deyənlər yanılırlar. Birincisi, belə bir hadisə ilə bağlı rəsmi xəbərin gecikməsi anlaşılandır. İkincisi, gecikmə varsa belə, bu, əsas verirmi ki, əhalini çaşdıran, ölkə ilə bağlı xoşagəlməz rəy yaradan məlumat yayasan. Digər baxımdan nəzərə almaq lazımdır ki, belə hadisələrlə əlaqədar araşdırma zaman tələb edir. Dünyanın hər yerində bu kimi qəzalar baş verir. Elə konkret olaraq bu il Rusiya və Türkiyədə oxşar qəzalar baş verib. Bu ölkələrdə dərhal hadisənin niyə baş verməsi bəyan edildimi? Xeyr. Yalnız araşdırmaların nəticəsindən sonra dəqiq informasiya verildi. Üstəlik, nəzərə almaq lazımdır ki, qəzaya uğrayan hərbi helikopterdir. Burada mütləq həssas yanaşma tələb olunur”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR