Aparılmış araşdırmalara görə, internetin ən populyar sosial şəbəkələrində ən çox vaxt keçirən adamların yaşadığı ölkə İsraildir.
"ComScore"nin sosial şəbəkələrdən istifadə ilə bağlı son hesabatına görə, israillilər hər gün orta hesabla 11,1 saat vaxtı sosial şəbəkələrdə keçirirlər. Dünya üzrə bu rəqəmin orta statistik səviyyəsi 5,7 saatdır. İsraildən sonra ilk beşlikdə Argentina (10,7 saat), Rusiya (10,4 saat), Türkiyə (10,2 saat) və Çilidir (9,8 saat). Dünyada sosial şəbəkələrin ən çox maraqlanan insanların yaşadığı məkan isə Latın Amerikasıdır. Burada qadınlar gündə orta hesabla 8,2 saat, kişilər isə 6,9 saatı sosial şəbəkələrldə keçirirlər. Dünya miqyasında isə qadınlar gündə 6,5 saat, kişilər isə 5 saatı sosial şəbəkələrdə keçirirlər.