Sosial şəbəkələrin media üçün xəbər rolunu oynaması düzgündür? - Baş redaktorlar DANIŞDI

ÖZƏL
12:55 29.02.2024
1299
Son dövrlərdə nəinki Azərbaycanda, dünyanın aparıcı ölkələrində sosial şəbəkələr müasir media üçün mühüm xəbər mənbəyi rolunu oynayır.
 
Habelə tanınmış mətbuat vasitələri, xüsusən də xəbər portalları və televiziyalar həssas məqamlarda, həmçinin müharibə vaxtı, eyni zamanda fövqəladə hadisələr zamanı sosial şəbəkələrə istinad edirlər.
 
Lakin sosial şəbəkələrdə yayılan ilk informasiyanın doğruluğu təsbit edilmir.
 
Bəs, qeyd etdiyimiz hal jurnalist etikasına, peşəsinə hansı dərəcədə ziddir və peşəkarlığa sığırmı?
 
Yaranmış xoşagəlməz tendensiya ilə bağlı AZXEBER.COM-a danışan "Şərq" qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı bildirib ki, sosial şəbəkələrin cəmiyyət üçün mənbə rolunu oynaması doğru deyil:

 

"Sosial şəbəkələrin ciddi informasiya mənbələri üçün xəbər predmeti olması doğru deyil. Bu, şübhəli məqamdır. Ən azından hər bir jurnalistin, qələm insanının xüsusi xəbər mənbələri olmalıdır. Bunlar dövlətin rəsmi qurumları, həmin qurumlarda çalışan ayrı-ayrı insanlar ola bilər. Ancaq son dönəmlərdə sosial şəbəkələr mətbuatımıza ciddi şəkildə təsir göstərib. İnsanlar virtual həyat yaşayırlar. Sosial şəbəkələr ölkənin ictimai, siyasi, mədəni həyatını müəyyən etmək üçün cəmiyyətin diqqətini müxtəlif sahələrə çəkir. Ancaq bu, mühüm informasiya mənbələri üçün əsas olmamalıdır. Həmin platformalarda verilən yazılar, məlumatlar, faktlar dəqiqləşdirilmədən verilməməlidir.
 
Həmçinin bu faktlar bir mənbədən savayı, minimum üç mənbədən dəqiqləşməlidir. Bizim peşəkar jurnalistikanın digər media resurslarından fərqi ondan ibarətdir ki, cəmiyyəti vacib informasiyalarla təmin edirik. Bu yanlış informasiyaların çəkisi az olmalı, çirkli xəbərlər sıradan çıxarılmalıdır. Çox təəssüf ki, bəzən görürük ki, ən ciddi saytlar, media vasitələri sosial media şəbəkələrində statusları və ya hansısa bir hadisəni olduğu kimi təqdim edirlər. Cəmiyyətdə hansısa bir nüfuzlu şəxsin vəfat etməsi ilə əlaqədar informasiya yayılır, lakin bəzən bu hal dəqiqləşdirilmədən, əsassız şəkildə saytlarda tirajlanır. Bu hal baş verən zaman isə medianın əsas strukturları zədələnir. Cəmiyyətdə mediaya qarşı etibarsızlıq yaranır. Ona görə də hesab edirəm ki, sosial media vasitələri rəsmi mənbələrlə işləyərək məlumatı dərc etməlidir".
 
Baş redaktor hesab edir ki, Azərbaycanda yanlış informasiya yayanların nüfuzu azalmaqdansa, əksinə çoxalır.
 
"Jurnalistikanın bəlli prinsipləri var. Bunlara əməl etmək lazımdır. Özümüzdən Amerika kəşf etməməliyik. Məsələn, hansısa intihar xəbərini dərhal bir neçə xəbər platformalarında yayımlayıb önə çıxartmağın, İP yığmağın əhəmiyyəti yoxdur. Təəssüf ki, Azərbaycanda yanlış informasiya yayanların nüfuzu azalmaqdansa, birbaşa çoxalır. Ümumən, jurnalistikiayla məşğul olan, bu sahəyə peşə kimi yanaşan, özünün həyat tərzinə çevirən insanlar nəyi necə etməli olduqlarını yaxşı bilirlər. Yenə təkrar edirəm, kiminsə ölüm xəbərini, təsəvvür edək ki, tanınmış mədəniyyət işçisi vəfat edib. Bu zaman Mədəniyyət Nazirliyindən bunu dəqiqləşdirmək zəruridir. Əfsuslar olsun ki, bəzən bu cür qurumlar yerlərində olmur, operativ informasiyalar vermirlər. Dövlət qurumlarının informasiya çıxışı sadəcə bloklanmış vəziyyətdədir".
 
Mövzuyla əlaqədar "Metbuat.az" informasiya portalının baş redaktoru Ramil Mirzəyev AZXEBER.COM-a açıqlamasında deyib ki, informasiyanın ilk olaraq sosial şəbəkədə yayılması təbiidir:

 

"Əksər insanların sosial şəbəkələrdən istifadə etdiyini nəzərə alsaq, informasiyanın ilk olaraq sosial şəbəkədə yayılması təbiidir. Hesab edirəm ki, ictimailəşən məlumat harda olmasından asılı olmayaraq jurnalist üçün maraqlı olmalıdır. Belə ki, sosial şəbəkədə yayılan məlumatın xəbər mahiyyəti varsa, jurnalist bu məlumatı dəqiqləşdirərək ilkin xəbər mənbəyi kimi istifadə edə bilər. Rəqabətli media mühitində oxucuların xəbərə olan təlabatını ödəmək üçün də bu vacibdir. Çünki oxucular yayılan məlumatların doğruluğunu yoxlamaq üçün ilk olaraq xəbər saytlarına üz tuturlar. Yayılan məlumat dezinformasiya da ola bilər. Jurnalistlər bu cür məlumatları dəqiqləşdirərkən tələskənliyə yol verməməli, xüsusilə diqqətli olmalıdırlar".
 
Jurnalist söyləyib ki, bəzən rəsmi məlumatlar da ilk olaraq sosial mediada yayılır:

"Bəzən rəsmi məlumatlar da ilk olaraq sosial mediada yayılır. Buna misal olaraq, Vətən Müharibəsi zamanı işğaldan azad olunan ərazilər barədə ilk məlumatları Prezidentin tvitlərindən əldə edilməsini göstərmək olar. Bu kimi məlumatlar rəsmi məlumat sayıldığı üçün dəqiqləşdirməyə ehtiyac olmur. Yayılan digər məlumatları isə mütləq dəqiqləşdirilib, sonra xəbər kimi təqdim etmək lazımdır".

Mikayıl Mirzəzadə 
 
Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb