Sosial şəbəkənin meqastarı Maral Tahirqızı tarın altından keçdi - FOTOLAR
MAQAZİN
11:05 16.09.2014
13821
Sosial şəbəkələrin meqastarı Maral Tahirqızı ANS-in qonağı olub.Son günlərin ən populyar müğənnisi Aytən Səfərovanın aparıcısı olduğu "Salam, Azərbaycan" proqramında efirə çıxıb.Maral Tahirqızı ilə söhbətləşən Aytən Səfərova, Natiq Nailəoğlu, Xəyal Azəroğlu, İsa Şükürovun və Samir ona bütün sosial şəbəkə istifadəçilərini maraqlandıran və düşündürən sualları ona ünvanladırdılar.İnternetlə necə tanış olmasını anladan Maral Tahırqızının cavabı çox maraqlı oldu: "Keçən il interneti aldım, məqsədim internet vasitəsilə tanınmaq idi. İnterneti bilmirdim, qardaşım oğlu öyrətdi məni. Səhifəmdəki bütün mahnıları "qoqle"dən (google) özüm yükləmişəm."Facebook vasitəsilə qısa müddətdə populyarlaşan Maral bütün sosial şəbəkələrdə qeydiyyatdan keçdiyini bildirdi: "Bütün sosial şəbəkələrdə varam, amma daha çox Facebook-da aktivəm. Facebook səhifəmi təzə açanda ilk dostluq göndərən Mehmet adlı bir türk oldu. Ondan sonra 6-7 ay ancaq türklərlə dostluq etdim. Sonra yavaş-yavaş özüm tanıdığım azərbaycanlı musiqiçilərə dostluq göndərdim. Müəllimim Qəzənfər Abbasova da dostlu göndərdim, nədənsə dostluğumu qəbul etmədi".Maral Tahirqızı Qızıl Fondda səs yazısının olduğunu bildirdi: "Qızıl Fondda səs yazmalarım var, amma deyə bilmərəm ki, AzTV-nin solistiyəm. Orada 3 mahnı oxumuşam, qanarımı (qonarar) almışam."Həddindən artıq güclü səsə malik olduğunu deyən Facebook ulduzu, səsinin 6 oktavadan da çox olduğunu dedi: "Səsimi yoxlayıblar, amma bilməyiblər ki, səsim hara gedir çıxır".Maral xanım maraqlı açıqlamalarından biri də tarın altından keçməsi ilə bağlı oldu: "Ağadadaş adlı tanış bir tarzən var, mənə dedi ki, mənim tarımın altından çox müğənnilər keçib, amma sənin kimisi olmayıb".Aytən Səfərova onun bu sözlərindən sonra "Ağadadaş müəllim, tarınızı özünüzə saxlayın, Maral xanım bizim tarımızın altından keçəcək" deyib ayağa qalxdı və Maral Tahirqızını əlində tutduğu tarın altından keçirtdi.