2023-cü ilin iyul ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 28,07% artıb.
Bu barədə AZXEBER.COM-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, ötən ilin iyul ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 364,2 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 466,4 manat təşkil edib.