Boğazında qida qalan 2 yaşlı uşaq öldü
Bakıda 2 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub.
Hadisə aprelin 13-ü saat 22 radələrində Sabunçu rayonunda baş verib.
2024-cü il təvəllüdlü Bünyamin Rasim oğlu Əliyev yaşadığı M.Ə.Sabir küçəsindəki evdə boğazında qida qalması nəticəsində boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
\\\qafqazinfo...