Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi

Soso Pavliaşvili Azərbaycan xalqını təhqir etdi
SOSİAL
17:27 25.10.2016
1655

 

Müğənni Soso Pavliaşvili milli qalmaqala cəlb edilib.

Xatırladaq ki, sosial şəbəkədə Azərbaycanın Xalq artisti Ramiz Fətəliyevin Soso Pavliaşvilidən Bakıda planlaşdırılmış konsertdən imtina etməyi xahiş etdiyi məktub dərc edilib.  

Azərbaycan kino xadiminin sözlərinə görə, Soso Qarabağda münaqişələr zamanı Ermənistana səfər edən ilk müğənnilərdəndir, bu səbəbdən də Bakıda çıxış etməyə haqqı yoxdur. 

Soso Pavliaşvili bəyan edib ki, onun konsertləri siyasi xarakter daşımır. 

"Siz mənim üçün narahat olmayın. Ağzına gələni danışmaq bekar adamların işidir. Onlara gəmirmək üçün sümük lazımdır. 80-ci illərin sonunda bəzi bədheybətlər əllərinə bıçaq alaraq uşaq və qadınları doğramağa başlayıblar. Bakıya gəlib-gəlməyəcəyimi dramaturqdan soruşmayacağam, onun kim olduğunu bilmirəm. İndi populyar oldu, bu səbəbdən onu təbrik edirəm. Buna görə mənə bir şüşə konyak hədiyyə etsin. Mənim konsertimə dəvət edirəm, gəlsin. Mən sülhsevər insanam. İnsanlarla milliyyəti və ya etiqadına görə yox, hərəkətlərinə görə dostluq edirəm.

Allah mənə istedad verib, bunlar üçün oxu, o birilər üçün isə oxuma deməyib. Bu qışqırıq salanlar isə Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar. Özləri üçün divanda uzanıb, Sosonun gəlib-gəlməyəcəyini düşünürlər. Qarabağın qaytarılması bundan asılı deyil, şükür Allaha. Mən Qarabağı heç kimin əlindən almamışam. Məni harada gözləyirlərsə, ora da gedirəm və oxuyuram!

Bakıdan mənə zəng edirlər və deyirlər ki, Soso biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir!

Hər bir insan öz fikrini deməkdə azaddır. Demək istəyirsə, qoy desin. Mən heç zaman münaqişəni qızışdırmamışam. Yanan odu hər zaman söndürməyə çalışmışam. Ermənilər ilə dostluq etmişəm, edirəm, edəcəyəm də, heç kimdən soruşamayacağam. Mən heç valideynlərimdən çoxdandır ki, kiminlə dostluq edəcəyimə dair məsləhət almıram.

Bakıda tezliklə xeyriyyə konsertimiz olacaq. Mən hamını böyük məmnuniyyətlə həmin konsertə dəvət edirəm. Gəlmək istəmirlər, ömürləri uzun olsun, 100 il yaşasınlar, onlara əmin-amanlıq arzu edirəm!”, - deyə Soso Pavliaşvili bildirib. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
16:41 16.05.2025
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16:40 16.05.2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu
16:38 16.05.2025
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu