"“Sovetski"də təqribən 10 mindən çox ev sökülməlidir" - Baş nazirin müavini

SOSİAL
01:06 29.04.2017
1674
 
"Bakının keçmiş "Sovetski" ərazisində təqribən 10 mindən çox ev sökülməlidir. Hazırda onlardan 4 500-ü sökülüb”.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, 20 mindən çox əhalisi olan ərazinin sakinlərini köçürmək üçün cəsarət lazımdır: "Sökülən ərazinin yerində park salmaq, nəqliyyat problemlərini azaltmaq çətin addım idi. Təbii ki, 4 500 evin sakinini yerindən tərpətmək də çətin məsələdir. Bunu Prezidentin göstərişi nəticəsində edə bildik. Bu yaxınlarda ərazidə ağac və yaşıllıqlar əkiləcək. Artıq ərazinin ab-havası da dəyişib. Keçmişdəki hava tamam fərqli idi. İndi isə yalnız minnətdarlıq etmək lazımdır”.

Baş nazirin mavini bildirib ki, "Sovetski"nin söküntüsü ilə bağlı göstəriş veriləndə vətəndaşlara məqsəd izah olunub: "Ancaq bununla belə insanlar inanmırdılar. Mən də məsələni onlarla görüşəndə dəfələrlə izah etdim. Sonda onlarda inam əmələ gəldi. Bir neçə problem var idi. Bu da mətbuatda şişirdilmiş yazılar yazılması ilə əlaqədar idi. Yüzlərlə evin sahəsinin 8, 15, 20 kvadratmetrə qədər olduğunu və onlara verilən vəsait hesabına şəhərdə ev ala bilmədikləri ilə bağlı dövlət başçısına məruzə etdim. Prezident göstəriş verdi ki, məsələ həll olunmalıdır. Bundan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yaxınlığında yerləşən 9 mərtəbəli binadakı 200-dən çox mənzil təmir olundu və sakinlərə təqdim olundu".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir