Şoyqu NATO-nu ittiham edib, ordunun döyüş qabiliyyətinin artırıldığını açıqladı

Şoyqu NATO-nu ittiham edib, ordunun döyüş qabiliyyətinin artırıldığını açıqladı
SİYASƏT
18:49 20.04.2021
352
"Şimali Atlantika Alyansının (NATO) bir sıra Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxmaq cəhdləri səbəbi ilə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş qabiliyyəti artılır” .

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

"Yaxın Şərq regionunun və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətlərini artırmağa məcbur edir,” – nazir Rusiya Müdafiə Nazirliyindəki görüşdə deyib.

Onun sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 təşkilati tədbir həyata keçirilib: "Bunlardan ən əsası daha bir motoatıcı diviziyasının yaradılması olub.

Eyni zamanda, Cənub Hərbi Dairəsinin davamlı yenidən təchizatı davam edir. 2020-ci ildə qoşunlara 3200-dən çox müasir silah və hərbi texnika verilib”.
 
///Report
OXŞAR XƏBƏRLƏR