Şoyqu Putinə Avdeyevkanın tam nəzarətə götürülməsi haqda məruzə edib

Şoyqu Putinə Avdeyevkanın tam nəzarətə götürülməsi haqda məruzə edib
DÜNYA
20:37 18.02.2024
181

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml sarayında Prezident Vladimir Putinə Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini məruzə edib.

Bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şoyqunun açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub.

O, "Mərkəz" hərbi qruplaşmasının bölmələrinin Donetsk vilayətindəki digər yaşayış məntəqələrini ələ keçirmək üçün hücumlarını davam etdirdiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR