Gənc müğənni Həmid Sultan peşman olub.
Qeyd edək ki, müğənninin keçən həftə AZXEBER.COM-da yarıçılpaq şəkilləri yayılıb.
"Mən bu şəkilləri özüm vermişdim jurnalistlərə. Lakin belə olacağını heç düşünmürdüm. Bu şəkillərdən sonra hər kəs mənə zəng edib bezdirməyə başladı. Bunun adi fotosessiya olduğunu başa sala bilmirəm heç kimə. Etdiyim hərəkətə görə çox peşmanam.
İnsanların bu şəkillərə bu cür reaksiyasını gözləmirdim. Zəng edib məni təhqir edirlər. Soyunub şəkil çəkdirdiyimə görə çox peşmanam”, - Həmid Sultan dedi.
Müğənni çılpaq şəkillərdən sonra, dini paltarda çəkdirdiyi şəkilləri də bölüşüb.