“Soyuq hava şəraitində bütün təhsil müəssisələrində dərslər dayandırmalıdır”

“Soyuq hava şəraitində bütün təhsil müəssisələrində dərslər dayandırmalıdır”
SOSİAL
03:52 24.02.2025
991
Bu havada gidilmez... 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə ölkə ərazisində soyuq dövrün ən aşağı temperaturu qeydə alınacaq. Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 13-18 dərəcə, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq. 

Bütün bu xəbərdarlıqlara baxmayaraq, hələ də ölkədə tədrisin tam dayandırılması ilə bağlı heç bir rəsmi qərar yoxdur. Suallar yaranır: Təhsil müəssisələrinə məsul olan şəxslər yolların buz bağlayacağını, insanların hərəkətinin çətinləşəcəyini bilmir? Şaxtalı hava şəraitində müəllimləri, şagirdləri və tələbələri yola salmaq nə qədər məntiqlidir? Onsuz da real vəziyyət budur ki, tələbələrin və şagirdlərin davamiyyəti minimal olacaq, çünki valideynlər övladlarını belə havada məktəbə göndərmək istəmirlər. 

Qışın ən sərt günlərindən birində məktəb və universitetlərin açıq qalması, onsuz da aşağı olan davamiyyətin formal şəkildə qeydə alınmasına, lakin insanların həyatının təhlükəyə atılmasına səbəb olacaq. Əgər UNEC və AzTU artıq hava şəraiti ilə bağlı dərsləri onlayn formata keçiribsə, digər universitetlər və orta məktəblər niyə gözləməlidir? Yolların buz bağladığı, şaxtanın sərt olduğu bir gündə dərsə getməyin heç bir təhsil yönümlü əsası yoxdur. Təhsil önəmlidir, amma ilk növbədə insanların təhlükəsizliyi təmin edilməlidir! 

Rəsmi qurumlar bu məsələyə ciddi yanaşmalı, lazımi tədbirlər görməli və soyuq hava şəraitində bütün təhsil müəssisələrində dərsləri dayandırmalıdır!

Kamran Əsədov,
Təhsil eksperti
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
23:31 08.08.2025
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
23:11 08.08.2025
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO