'Space TV'də hər kəs 'Üz-üzə' gələcək - VİDEO

MEDİA
15:15 25.10.2013
4012

Space TV-də bu gündən yeni veriliş yayımlanmağa başlayacaq.

AZXEBER.COM xəbər verir ki, verlişin adı "Üz-üzə"dir.

Verilişin ilk mövzusu “Azərbaycan oxucusu niyə kitab oxumur? Günahkar yazardır yoxsa oxucu? Kitaba maraq niyə azdır?” mövzusundadır.

Verilişdə Ali və Nino kitab evinin rəhbəri Nigar Köçərliylə, gənc yazar Aqşin Yenisey "Üz-üzə" gələcək.

Yazarlar Şərif Ağayar, Əsəd Qaraqaplan, Qaraqan, Şahbaz Xuduoğlu və jurnalist Hacıbəy Heydərli ekspert kimi çıxış edəcək.

Aparıcısı Azadə Balayeva olan verlişin müzakirə-debat formasındadır.

Veriliş hər həftənin cümə günü axşam saat 23:00 da Space TV-də yayımlanacaq.

AZXEBER.COM verilişin ilk anonsunu təqdim edir:

OXŞAR XƏBƏRLƏR