Hadisə nəticəsində teleaparıcı və rəfiqəsi müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, Seva Camalovanın baş nahiyəsinə 4 tikiş vurulub.
Bir neçə gün öncə ATV-dən Space TV-yə transfer olunan müğənninin yol qəzası keçirməsi xəbəri Space-nin ŞOU+ verilişinin aparıcısı Tural Ozanın narazılığına səbəb olub. O iddia edib ki, Seva bu addımı özünü reklam üçün edib:
"Ağır qəza keçirəndən sonra dərhal "selfie" çəkdirən, başına 4 tikiş vurulmasına baxmayaraq bir neçə saat sonra canlı yayıma çıxdı bu qız. Azerlotoreyanı aparırmış bu xanım."
Tural Ozan daha sonra fikirlərinə belə davam edib: Qəzalar, qalmaqallar, plastik əməlliyyatlar , döyülmələr bunların kitabı var məndə artıq yazmışam. Elə işləmək lazımdır ki, bu tip şeyləri pis vəziyyətdə qalmayasan sonra. Nəysə çox reklam elədim bu qədər bəsdi".
Qeyd edək ki, Şou+ verilişi SOY production-un layihəsidir və Tural Ozan həmin verilişin aparıcısıdır


