"Spartak Moskva" iki azərbaycanlı futbolçunu transfer etdi - FOTOLAR

İDMAN
01:56 21.09.2014
2431
Azərbaycanlı 2 gənc futbolçu Rusiyanın "Spartak Moskva" klubuna transfer olunub. 
Bu haqda AZXEBER.COM-a tanınmış aktisa, ölkəmizi Türkiyədə uğurla təmsil edən Məlahət Abbasova məlumat verib. Aktrisanın qardaşı oğulları Rusiyanın "Spartak" klubu ilə müqavilə bağlayıb: "Qardaşım oğulları olan Emil və Elmir Rusiyanın "Spartak Moskva" klubu ilə müqavilə imzalayıblar. 12 yaşı olan qardaşlar buna qədər "Dinamo Moskva" klubunda çıxış edirdilər, onların oyununu bəyənən "Spartak" əkiz qardaşları transfer edib.
Məlahət Abbasova həmçinin deyib ki, azərbaycanlı futbolçular 100 nəfərin içindən seçiliblər: "Spartak" 100 futbolçu içindən yalnız 2 nəfəri seçib. Onlar da mənim qardaşım oğullarıdır. Çox istərdim ki, bu futbolçular gələcəkdə Azərbaycan yığmasının da formasını geyinsinlər və ölkəmizi ən mötəbər yarışlarda təmsil etsinlər". 
Qeyd edək ki, Emil və Elmir Rusiyanın klubunun əsas heyətində yer alır.
AZXEBER.COM Emin və Elminin fotolarını təqdim edir:
OXŞAR XƏBƏRLƏR