"Əslində istər sperma, istər menstrual qan, istər normal qan və nəcislə sənət əsərləri yaradan rəssamlar tarixdə olmuşdur və indi də var. Açığı mən spermayla məndən öncə rəsm əsəri işlənilməsini özüm bu işə başlayandan sonra öyrənmişəm."
Bu sözləri Qaynar.info-ya rəssam Fərhad Yalquzaq bildirib.
Fərhad Yalquzaq, sperma ilə rəsm çəkən ilk Azərbaycanlı rəssamdır. O bu işə necə başlamasını vhaqda saytımıza danışıb.
Fərhad Yalquzaqın sözlərinə görə, tarixdə qalmaqalı sənət əsərlərinin altına imzasını atan bir çox rəssam olub:"İtalyan rəssam Pyero Manzoni öz yaradıcılığında çox irəli gedərək bir neçə qalmaqal yaradan sənət əsərinin altına öz imzasını atmışdı. O, ilk öncə fosforosent boya və kobalt xloridi ilə eksperimentlər edərək, zaman ötdükcə dəyişən rəng effektini yaratmağa çalışmışdı. Sonradan isə o, pambıqdan, dovşan dərisindən və süni qoğallardan heykəltəraşlıq əsərləri yaratmağa başlamışdı. 1958-ci ildə isə o, 45 hava doldurulmuş membranadan “pnevmatik heykəl” yaratmışdı və müəllif membranaların içərisinə öz nəfəsini doldurmuşdu. 1960-cı ildə isə, Manzoni çoxlu yumurta qaynadıb, onların üzərinə öz barmaq izlərini həkk etmiş, onları böyük bir zalda sərgiləmişdi. Sərgi zamanı tamaşaçılara bütün yumurtaları yemək üçün 70 dəqiqə vaxt verilmişdi. Sərgidən sonra isə o, öz barmaq izlərini satışa çıxarmışdı. Bundan başqa, Manzoni bir neçə dahi şəxsiyyəti gəzən sənət əsəri kimi təqdim etmişdi ki, onların içərisində Umberto Ekonun da adı vardı.
Yaradıcılığının pik həddinə çatan Manzoni 1961-ci ildə qərb aləmi üçün də qalmaqal sayıla biləcək bir ilkə imza atır. May ayı surəsində Manzoni 90 ədəd nömrələnmiş alüminium bankaya öz nəcisini yerləşdirərək, onları sənət əsəri kimi qələmə verir. Hər bir bankanın çəkisi 30 qram idi, onlar 001-dən 090-a kimi nömrələnmişdi və onların üzərinə dörd dildə “Rəssam nəcisi” sözləri yazılmışdı. Nə qədər qəribə olsa da, bu “sənət əsərləri” tamaşaçılar tərəfindən maraqla qarşılandı, onları sürətlə almağa başladılar. Onlar dünyanın bir çox muzeylərində öz yerini aldı və bir neçə beynəlxalq mükafata layiq görüldü. Bankalardan biri 150.000 dollara satılmışdı. Sonradan bu “sənət əsərlərinin” bir neçəsinin partlaması haqqında məlumatlar sızmağa başladı. Yəqin ki bu, bankaların çürüməsi və onların içərisində qaz təzyiqinin qalxması nəticəsində baş vermişdi.
Manzoni ilə birlikdə çalışan rəssam Aqostino Bonalumi iddia edirdi ki, rəssam o bankaların içərisinə öz nəcisini yox, plastik maddə doldurmuşdu. Ancaq bir çox tənqidçilər bunun heç bir anlamı olmadığını söyləyirdilər – yəni, əslində, Manzoni bankalara öz nəcisini doldursa da, doldurmasa da məqsədinə çatmışdı. Onun nəcisi doldurulmuş sayılan bankalar qızıldan baha qiymətə satılırdı. Bir çox tənqidçilər bu bankaları açıb onun içinə baxmağı təklif etsələr də, əsərlərin sahibləri buna razılıq vermirdilər. Rəssamın çılğın təfəkküründən doğan ideya qalib gəlmişdi".
Fərhad Yalquzaq daha sonra bildirib ki, spermayla çəkdiyim rəsmlər mücərrəd janra aiddir: "Bütün boyalar spermayla qarışdırmışam. Rəsmlərdə qızıl falqadan da istifadə etmişəm. Məndən öncə artıq bu eksperimentin keçirildiyini öyrənəndən sonra həvəsdən düşmüşəm və daha bu materialla rəsm işləməyə həvəsim qalmayıb".
Rəssam son olaraq qeyd edib ki, rəsmləri sərgiyə çıxartmaq fikrim yoxdur, ancaq satışa çıxarmağı düşünür.