Spiker: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən tam çıxarılmalıdır”

Spiker: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən tam çıxarılmalıdır”
SİYASƏT
11:25 05.04.2022
385
"Qazaxıstanda MDB Parlament Assambleyasının 30 illiyinə həsr olunan tədbirlərdə iştirakım çərçivəsində bildirdim ki, Azərbaycan üçtərəfli bəyanata sadiqdir. Ermənistan bu bəyanatın tələblərini yerinə yetirməlidir”.
 
AZXEBER.COM-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır: "Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər göndərib və hazırda İrəvandan cavab gözləyir”.
OXŞAR XƏBƏRLƏR