Prezident İlham Əlieyvin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
Onun sözlərinə görə, Vaşiqnton razlaşmaları yalnız ABŞ-Azərbaycan elementləri və sülh gündəliyi ilə deyil, ümumən Cənubi Qafqazdakı proseslərə təsir etmişdir.
"Bu gün qürurla demək olar ki, prezidentin ABŞdəki tarixi razılaşmaları Ümummilli Liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır."