Spiker Roma Papasının andiçmə mərasimində iştirak edəcək

Spiker Roma Papasının andiçmə mərasimində iştirak edəcək
Siyasət
20:10 17.05.2025
1580
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfər edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Roma şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Vatikan rəsmiləri, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR