"Sportinq"in baş məşqçisi: "Qarabağ" maraqlı futbol oynayır"

"Sportinq"in baş məşqçisi: "Qarabağ" maraqlı futbol oynayır"
İDMAN
21:14 28.11.2018
3747
"Sabahkı oyunda məqsəd qalib gəlməkdi. Bu qələbəni yaxşı və baxımlı oyunla əldə etmək niyyətindəyik".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Marsel Kayzer "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.

"Sportinq" sabah qələbə qazanmasa da, mərhələ adlaya bilər. Bunun üçün "Arsenal"ın səfərdə "Vorskla"ya uduzmaması vacibdi. Amma "Sportinq"in baş məşqçisi həmin qarşılaşma barədə düşünmədiklərini bildirib: "Biz öz oyunumuza köklənməliyik. "Arsenal”ın oyunundan nə dərəcədə kömək gələcək, bu, ikinci dərəcəlidi. Şad xəbər gələr, lap yaxşı. Ancaq biz ilk növbədə özümüz qələbə qazanmağa çalışmalıyıq".

"Hər iki komanda sabahkı oyunda qələbə üçün çıxış edəcək. Bu da oyunu maraqlı edir. "Qarabağ"ın üç oyununu izləmişəm. Maraqlı və müasir futbol oynayır" deyə rəqib çalışdırıcı bildirib.

Marsel Kayzer "Rəqibiniz haqqında informasiya toplayarkən Qarabağ sözünün hansı anlam daşıdığını araşdırmısınızmı" sualına belə cavab verib: "Əvvəla deyim ki, "Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin 3 oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. "Qarabağ” haqda eşitmişəm. Ölkənizə ilk dəfədi gəlirəm. Bura xoşuma gəlir".
OXŞAR XƏBƏRLƏR