"Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunub.
Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.