Şri-Lankada deputatlara təyin edilən pensiyalar ləğv edildi
DÜNYA
03:16 18.02.2026
698
Şri-Lankanın üzləşdiyi ağır iqtisadi böhran səbəbindən parlamentdə deputatlara pensiya ödənişlərini ləğv edən qanun layihəsi qəbul edilib.
AZXEBER.COM bu barədə Haberler.com-a istinadən xəbər verir.
Qanun layihəsi 225 yerlik Nümayəndələr Palatasında 154 səslə qəbul edib, cəmi iki üzv əleyhinə səs verib. Digər deputatlar səsvermədə iştirak etməyiblər.
Bu tənzimləmənin qəbulu ilə səlahiyyət müddəti başa çatmış deputatlara pensiya təyin edilməsi təcrübəsinə son qoyulur. Məlumata görə, qanun hazırda pensiya alan keçmiş deputatlara da şamil edilir.
Qeyd edilir ki, qərar ölkənin üzləşdiyi dərin iqtisadi böhran səbəbindən qəbul edilib. Şri-Lankada artan inflyasiya, valyuta qıtlığı və əsas qida məhsullarına çıxışdakı problemlər siyasətçilərə verilən imtiyazlara qarşı ictimai narazılığı gücləndirib.