ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqladı

ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqladı
SAĞLAMLIQ
15:05 19.08.2024
933
Hazırda Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ÜST-nin Azərbaycandakı Ölkə Ofisindən bildirilib.

Qeyd edilib ki, bununla belə, ÜST bütün ölkələrə, o cümlədən Azərbaycana, hər hansı potensial epidemiyanın erkən aşkar edilməsini və nəzarəti təmin etmək üçün səhiyyədə fövqəladə hallara nəzarət və cavab sistemlərini gücləndirilməsini tövsiyə etməyə davam edir: "Avqustun 16-da İsveç Mərkəzi Afrikaya səyahətdən qayıtmış bir şəxsdə Mpox Clade Ib-ni təsdiqləyən Afrikadan kənarda ilk ölkə oldu. Hazırda həmin şəxs təcrid edilib və lazımı müalicə alır. Dünya ölkələri arasında gediş-gəlişin intensivliyini nəzərə alsaq, virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsə, Mpox-un yeni ştamları Avropa regionunda yayılma potensialına malikdir”.

Əvvəllər meymunçiçəyi kimi tanınan Mpox-a görə, bir neçə Afrika ölkəsində baş verən epidemiyalardan sonra avqustun 14-də iki il ərzində ikinci dəfə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edildiyi xatırladılıb: "Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 mindən çox yoluxma halı və 500-dən çox ölümə səbəb olub.

Məlumatda deyilir ki, ÜST qlobal Mpox multi-ölkə riskininin qiymətləndirilməsini kəskin 3-cü dərəcəli fövqəladə vəziyyət dərəcəsinə yüksəldib və mövcud tövsiyələrin genişləndirilməsi və peyvəndlərin fövqəladə istifadə siyahısı üçün proseslərin başlanması daxil olmaqla, vəziyyəti həll etmək üçün müxtəlif tədbirlər görür.

ÜST, təklif edildiyi təqdirdə, insanları Mpox əleyhinə peyvənd olunmağa çağırır: "Bununla belə, əgər risk qrupuna aid deyilsinizsə və ya 2022-ci ildə başlanan epidemiyadan bəri Mpox peyvəndi olunmusunuzsa, ÜST Mpox peyvəndi olunmağı tövsiyə etmir. Artıq Clade II Mpoxu keçirmiş və ya Mpox peyvəndi olanların Mpox Clade I virusundan ağır xəstəliyə tutulması ehtimalından qorunacağı gözlənilir”.

Virusun hazırda Konqo Demokratik Respublikası, Burundi, Ruanda, Uqanda, Cənubi Afrika və Keniya da daxil olmaqla bir neçə Afrika ölkəsində yayıldığı diqqətə çatdırılıb: "Bu ölkələrə gedənlər səyahət tövsiyələrini nəzərdən keçirməli və Mpox-a yoluxmasını ehtimal etdikləri şəxslərlə yaxın təmasdan qaçmaq kimi ehtiyat tədbirləri görməlidirlər”.

Xəstəlikdən ölüm ehtimalı sənədləşdirilmiş hallarda 0 ilə 11% arasında dəyişib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı