Ümumdünya Səhiyyə Təşkilatı "Marburq qızdırması”nı epidemiya elan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ÜST-dən verilən açıqlamada Seneqalda bir laboratoriyaya göndərilən nümunələrdə "Marburq virusu”nun aşkar edildiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, xəstələrin təmasda olduğu 90-dan çox şəxs, o cümlədən tibb işçiləri müəyyən edilərək yoxlanılıb.
ÜST-ün Afrika direktoru Dr. Matshidiso Moeti açıqlamasında tibb müəssisələrinin "Marburq virusu" üçün hazırlandığını bildirib.
Qeyd edək ki, "Marburq qızdırması”na yoluxan insanlarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi təsirlər qəfil baş verir və 7 gün ərzində bir çox xəstələrdə ağır simptomlar inkişaf edir.
Peyvəndi və ya spesifik müalicəsi olmayan "Marburq qızdırması”ndan ölüm nisbəti yüksəkdir.