ÜST-dən dəhşətli istilərlə bağlı XƏBƏRDARLIQ: Ölümcül ola bilər

SAĞLAMLIQ
15:11 20.07.2023
697
ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus dəhşətli istilərlə bağlı vacib açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, həddindən artıq istilərin xüsusilə yaşlılara, körpələrə, uşaqlara, yoxsullara və kimsəsizlərə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
 
Qebreyesus istilərlə bağlı şimal yarımkürəsini xəbərdar edərək bildirib:
 
"Bu, ölüm və əlilliklə yanaşı, əvvəllər mövcud olan xəstəliklərin təkrarlanması ilə nəticələnə bilər".
 
Kovid-19-dan sonra uşaqlarda peyvənd nisbətləri ilə bağlı hesabatın ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən dərc edildiyini xatırladan Qebreyesus bəzi ölkələrdə Kovid-19 prosesindən sonra peyvəndlə bağlı ümidverici xəbərlərin olduğunu qeyd edib.
 
2022-ci ildə peyvənd alan uşaqların sayının əvvəlki ilə nisbətən 4 milyon çox olduğunu xatırladan Qebreyesus "Bu, ümidverici xəbərdir, lakin peyvənddə böyük boşluqlar qalmaqdadır. Bu mövzuda qlobal və regional mühit, xüsusilə də aşağı gəlirli ölkələrdə davamlı və ciddi bərabərsizlikləri gizlədir. Keçən il bir milyondan çox uşaq peyvənd olmamalı idi", - o qeyd edib.

Ghebreyesus həmçinin həddindən artıq istilərin sağlamlıq təsirlərini azaltmaq və hazırlıqları koordinasiya etmək üçün Ümumdünya Meteorologiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkələrin Temperatur Sağlamlığı Fəaliyyət Planlarını dəstəklədiklərini söyləyib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR