ÜST-dən "Delta" ştammı ilə bağlı əhaliyə müraciət

ÜST-dən "Delta" ştammı ilə bağlı əhaliyə müraciət
SOSİAL
12:07 15.07.2021
331
"Artıq Azərbaycana koronavirusun "Delta” ştammı gəlib”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bu ştammın Azərbaycanda aşkarlanacağı bilinirdi:

"Bu ştamm daha yoluxucudur. Buna görə daha çox insanı xəstə edə bilər. Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd vurdurmaq, ikincisi, gigiyenik qaydalara əməl etmək lazımdır".
OXŞAR XƏBƏRLƏR