Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada 33 nəfərin vəbadan öldüyünü, 426 nəfərin isə xəstəliyə yoluxduğunu açıqlayaraq həyəcan təbili çalıb.
Təşkilatın yaydığı son məlumatda ölkənin 10 vilayətində vəba epidemiyasının yayıldığı bildirilib.
ÜST vəziyyətin narahatedici olduğunu vurğulayıb.