ÜST-dən qızılca epidemiyası ilə bağlı XƏBƏRDARLIQ

SAĞLAMLIQ
00:11 29.11.2022
619

Ümumdünya Səhiyyə Təşkilatı qızılca epidemiyası ilə bağlı xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, koronavirus epidemiyası səbəbiylə qızılca peyvəndində böyük azalma olduğunu bildirən Ümumdünya Səhiyyə Təşkilatı ötən il dünya üzrə təxminən 40 milyon uşağın peyvənd oluna bilmədiyini açıqlayıb.

2021-ci ildə qızılcadan 128 min insanın öldüyünə diqqət çəkən ÜST gələcəkdə daha böyük epidemiyaların başlaya biləcəyini vurğulayaraq, milyonlarla uşağın təhlükə altında olduğunu vurğulayıb.

ÜST ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ilə birgə bəyanatında 25 milyon uşağın birinci dozanı, 14,7 milyon uşağın isə ikinci dozanı ala bilmədiklərini söyləyib.

Ayşən

OXŞAR XƏBƏRLƏR