Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ildə dünyada təxminən 249 milyon malyariya yoluxnamasının aşkar edildiyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ÜST "2023-cü il Dünya Malyariya Hesabatı”nı açıqlayıb.
Hesabatda deyilir ki, uşaqlarda və hamilə qadınlarda malyariya xəstəliyinin qarşısının alınmasında irəliləyişlərə və dərmanlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlara baxmayaraq, daha çox insan malyariyaya yoluxur.
Hesabatda qeyd olunub ki, 2022-ci ildə dünyada təxminən 249 milyon insan malyariyaya yoluxub:
"Bu rəqəm 2019-cu ildə 16 milyon hadisə ilə pandemiyadan əvvəlki 233 milyon səviyyəsini keçib. Covid-19-un yaratdığı fasilələrlə yanaşı, malyariya ilə mübarizə qlobal miqyasda dərmanlara qarşı müqavimət, humanitar böhranlar, resurs məhdudiyyətləri, iqlim dəyişikliyinin təsiri və xəstəlik yükü yüksək olan ölkələrdə proqramın icrasında gecikmələr kimi artan sayda təhlükələrlə üzləşir”.
Hesabatda isti dalğaları və daşqınlar kimi ekstremal hava hadisələrinin də ötürülmə və xəstəlik yükünü birbaşa təsir edə biləcəyi qeyd edilərək, 2022-ci ildə Pakistanda baş verən daşqınların ölkədə malyariya hallarının 5 qat artmasına səbəb olduğu vurğulanıb.
Ayşən