ÜST-dən yeni çağırış: Maska taxın

SAĞLAMLIQ
12:36 11.01.2023
866
Hava yolu ilə səyahət edən sərnişinlərə maska ​​taxmağı tövsiyə edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ÜST-nin Avropa Fövqəladə hallar üzrə direktoru Ketrin Smolvud bu günə qədər virusun ən sürətli yayılan "XBB.1.5” altvariantının Avropada az olduğunu, lakin getdikcə artdığını açıqlayıb. 
 
 
Koronavirusun "Omikron” variantının bir çox ölkələrdə, xüsusən də ABŞ-də yenidən artmasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrə, hava yolu ilə səyahət edən sərnişinlərə  uzun sürən təyyarə səfərlərində maska ​​taxmağı tövsiyə edib. 

Smolvud həmçinin qeyd edib ki, bu günə qədər ən sürətli yayıldığı aşkar edilən "Omikron”un altvariantı olan "XBB.1.5” yanvarın 7-nə qədər aparılan araşdırmalarda ABŞ-də koronavirus xəstələrinin 27,6 faizində təsbit olunub.

Günel

OXŞAR XƏBƏRLƏR