Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada (H3N8) virusundan ilk insan ölümü baş verib.
AZXEBER.COM xəbər verir ki, xəstəliyin ilk qurbanı Çində yaşayan 56 yaşlı qadın olub.
Çin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "quş qripi"nin A (H3N8) ştammına yoluxmuş bir nəfərin öldüyü barədə məlumat yayıb.
Bu günə qədər 3 nəfər A(H3N8) virusuna yoluxsa da, bütün hallar Çində qeydə alınıb.
Bu virusun insandan insana asanlıqla yayılmadığı və buna görə də insanlar arasında milli, regional və beynəlxalq yayılma riskinin az olduğu düşünülür.
Ayşən