ÜST: “Həftə ərzində COVID-19 pandemiyasından ölənlərin sayı 8% artıb”

SAĞLAMLIQ
10:15 03.11.2021
628
Ötən həftə ərzində koronavirus infeksiyasına 3 milyondan çox insan yoluxub, 50 mindən çox şəxs ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Bildirilib ki, son həftə ərzində yeni yoluxma hallarının sayında 3%, ölüm hallarının sayında isə 8% artım qeydə alınıb.

Yoluxma hallarının demək olar, 60%-i Avropanın payına düşür. Son həftə ərzində Avropada yoluxanların sayında 6%, Amerikada 3%, Qərbi Sakit okean regionunda 2% artım qeydə alınıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR