ÜST COVID-19-a qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib

SOSİAL
17:54 12.05.2020
892

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

 

AZXEBER.COM xəbər verir ki, məktubda Baş direktor COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib.

 

ÜST-nin Baş direktoru 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə COVID-19-la bağlı Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşünün əməkdaşlığı daha da gücləndirdiyini və hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

 

Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan Zirvə görüşünə toxunan T.Qebreyesus tədbirin çox uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidentini təbrik edib və bunu mükəmməl bir təşəbbüs adlandırıb. O, Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilmiş tədbirdə qəbul edilmiş yekun bəyannaməyə uyğun olaraq Hərəkata üzv dövlətlərin əsas ehtiyaclarını özündə ehtiva edən məlumat bazasının işlənib hazırlanması istiqamətində İşçi Qrupun yaradılmasının nəzərdə tutulduğunu bildirib və ÜST-nin İşçi Qrupun səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.

 

Eyni zamanda, T.Qebreyesus COVID-19-un səbəb olduğu təhdidlərlə mübarizədə qlobal, regional və ölkə səviyyəsində ÜST-nin Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib.

 

Yekunda ÜST-nin Baş direktoru Azərbaycan Respublikasının Prezidentinə dərin hörmətini və ehtiramını çatdırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:44 05.06.2020

Təhsil haqqı ilə bağlı tələbələrə müraciət

15:27 05.06.2020

DİN-dən marketlər və ticarət obyektləri ilə bağlı RƏSMİ AÇIQLAMA

15:14 05.06.2020

Dağıstanda 6 Azərbaycan vətəndaşı koronavirusa yoluxub

14:56 05.06.2020

“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək

14:42 05.06.2020

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

14:24 05.06.2020

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - FOTO

14:05 05.06.2020

FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq

13:55 05.06.2020

Azərbaycan korrupsiyaya qarşı mübarizədə MDB məkanında birinci yerdədir

13:42 05.06.2020

"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz

13:21 05.06.2020

İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi

13:15 05.06.2020

İcra başçısı iki vəzifəli şəxs barədə prokurorluğa müraciət edib

12:56 05.06.2020

Bu gün ictimai nəqliyyat saat 23:59-a qədər işləyəcək - BNA

12:52 05.06.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatıb

12:41 05.06.2020

Deputat Eldar Mahmudovun Britaniyadakı mülklərindən danışdı: “Geri qaytarılmalıdır”

12:24 05.06.2020

“Prezident bir daha elan etdi ki, Ermənistan dövləti Azərbaycan torpağında yaradılıb”

12:05 05.06.2020

Sabahdan şəxsi avtomobillərlə hərəkət tam qadağan edilir - RƏSMİ