ÜST nümayəndəsi: "Ümid edirik ki, bundan sonra koronavirusa yoluxma sayı azalacaq"

ÜST nümayəndəsi: "Ümid edirik ki, bundan sonra koronavirusa yoluxma sayı azalacaq"
SOSİAL
11:02 16.12.2022
94
"Bütün dünyada və Azərbaycanda da pandemiya bəlli səviyyənin altındadır".

AZXEBER.COM xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumda deyib.

O bildirib ki, pandemiya dövrü təcili tibbi yardım xidmətlərinin nə qədər vacib olduğu bir daha təsdiqlədi: "Məqsədimiz bu istiqamətdə ciddi təkmilləşdirmələr aparmaqdır. Bütün dünyada və Azərbaycanda da pandemiya bəlli səviyyənin altındadır. Ümid edirik ki, bundan sonra yoluxma sayı azalacaq. Amma bu o demək deyil ki, yeni pandemiya olmayacaq. Ona görə bütün təcili tibbi yardım sistemlərini və digər tibb sistemlərinin gücləndirməkdə fayda var".
OXŞAR XƏBƏRLƏR