Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5-11 yaşlı uşaqlara koronavirusa qarşı "Pfizer” peyvəndinin azaldılmış dozada istifadəsini uzatmağı tövsiyə edib.
Tövsiyə immunizasiya üzrə Strateji Məsləhətçi Ekspertlər Qrupunun (SAGE) peyvəndi qiymətləndirmək üçün keçirdiyi iclasdan sonra verilib. Hal-hazırda 12 yaş və yuxarı insanlar üçün sözügedən peyvəndin istifadəsi tövsiyə olunur.
Buna əsasən onlara vurulacaq doza 12 yaş və yuxarı olanlara təklif edilən 30 mikroqram əvəzinə 10 mikroqramdır.