Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada yaşanan insan faciəsi ilə bağlı açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bildirib ki, Qəzzada səhiyyə sistemi tez bir zamanda bərpa olunmazsa, xəstəlikdən ölənlərin sayı daha çox ola bilər.
Harris Qəzza zolağının şimalında yerləşən Şifa xəstəxanasında baş verənləri "faciə" kimi qiymətləndirib və xəstəxanadakı bəzi tibb işçilərinin İsrail qüvvələri tərəfindən saxlanılmasından narahatlığını bildirib.
Ayşən