ÜST rəhbəri: Çətin danışıqlara baxmayaraq, COP29-da uğur əldə edildi

ÜST rəhbəri: Çətin danışıqlara baxmayaraq, COP29-da uğur əldə edildi
DÜNYA
12:16 13.03.2025
511
İştirakçı ölkələrin birgə səyləri sayəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çətin danışıqlara baxmayaraq əhəmiyyətli uğurlar əldə edilib.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus XII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.

"Bakıda yenidən olmaq mənim üçün böyük şərəfdir. Dəvət üçün təşəkkür edirəm. COP29 zamanı burada idim. Hamımız bilirik ki, danışıqlar asan olmadı. Lakin ölkələrin dialoqa və həll yolları axtarmağa hazır olması uğur qazanmağa imkan verdi. Bəli, bu asan deyildi, amma tamamilə mümkün idi", - o qeyd edib.

ÜST-nin rəhbəri qlobal çağırışların həllində çoxtərəfli dialoqun əsas rol oynadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, iqlim dəyişiklikləri təşkilatın aktiv mübarizə apardığı xəstəliklərin yaranmasına və yayılmasına birbaşa təsir edir.

ABŞ-ın ÜST-dən çıxmaq planlarını şərh edən Gebreyesus bunu "yanlış qərar" adlandırıb və bunun səhiyyə sahəsində beynəlxalq səylərə mənfi təsir göstərə biləcəyini bildirib.

Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.
 
report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"