ÜST Rusiya peyvəndi "Sputnik V” ilə bağlı qərar verib.
AZXEBER.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın hazırladığı COVİD-19 peyvəndi "Sputnik V”-in qiymətləndirmə prosesinin Rusiya-Ukrayna müharibəsi səbəbiylə gecikdirildiyini bildirib.
Təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ÜST-nin peyvənd üzrə eksperti Dr. Mariangela Simao bildirib ki, ÜST nümayəndə heyəti "Sputnik V”-in fövqəladə istifadəsinə icazə verilməsi ilə bağlı qərar qəbul etmək üçün martın 7-də Rusiyaya səfər etməyi planlaşdırıb, lakin mövcud vəziyyət lazımi qiymətləndirmə və araşdırmalara mənfi təsir göstərdiyi üçün bunu təxirə salıblar.
"Qiymətləndirmə səfərinin yeni tarixi ən qısa zamanda müəyyən ediləcək", - Simao bildirib.