ÜST “stels-omikron” üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış etdi

ÜST “stels-omikron” üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış etdi
SAĞLAMLIQ
18:53 07.02.2022
461
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun BA.2 altnövü üzərində tədqiqatlara diqqət ayırmaq və onları BA.1 altnövü üzərində tədqiqatlardan ayrı təhlil etməklə bağlı çağırış edib. 

Bunu "Report”a ÜST-nin rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

"BA.2 "Omikron” ştamının altnövü hesab olunur. İndiyədək "Omikron” ştamına yoluxmaların çoxu BA.1 altnövünə təsadüf edirdi, lakin bir neçə ölkədə BA.2 altnövünə yoluxma halları artmaqdadır. Bunu diqqətlə izləyirik”, - o deyib.

"Omikron” ştamının PZR testlərlə aşkarlanmayan BA.2 və ya "stels-omikron” adlanan altnövü BA.1 altnövü ilə müqayisədə daha yoluxucudur. Onun əsas simptomları yüksək hərarət, ağır öskürək, həmçinin dad və iybilmənin itirilməsidir. Lakin alimlərin araşdırmalarına görə, bu altnöv "ana” versiyadan 3 dəfə daha yoluxucudur.

ÜST rəsmisi bildirib ki, artıq 57 ölkə GISAID-ə BA.2 altnövünə yoluxma halları haqqında məlumat təqdim edib. Yoluxmada BA.2 altnövünün "Omikron”un əvvəlki variantları ilə müqayisədə həftəlik 50%-dən çox artım nümayiş etdirir.

"BA.2 altnövünün ağırlıq səviyyəsinin BA.1 altnövündən nə dərəcədə fərqli olduğunu hələ bilmirik”, - Yazareviç deyib.

BA.2 altnövü bəzi mutasiyalarla BA.1 altnövündən fərqlənir. Belə ki, bu altnövü PZR testlərlə müəyyən etmək mümkün deyil.

"Pandemiyanın gələcək inkişafı ilə bağlı xeyli qeyri-müəyyənliklər mövcuddur. ÜST bir sıra ssenariləri nəzərdən keçirir, lakin hazırda pandemiyanın qızğın vaxtındayıq. Bizim üçün prioritet sərəncamımızda olan bütün alətlərdən istifadə etməklə insanların həyatlarını xilas etməkdir”, - o qeyd edib.

ÜST rəsmisinin fikrincə, virus epidemiyaya çevrilsə belə, bu o deməkdir ki, təhlükəli və dağıdıcı xarakterli olmayacaq.

"Uzunmüddətli perspektivdə bu virusu nəzarətə götürərək, ağır xəstəlik və yoluxma sayının əhəmiyyətli dərəcədə azalacağına ümid edirik. Kütləvi peyvəndləmə, malik olduğumuz alətlərin geniş əlçatanlığı və onlardan strateji istifadə sayəsində buna nail ola bilərik”, - o fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO