ÜST: Uşaqlarda mənşəyi naməlum olan hepatit xəstəliyi qeydə alıb

ÜST: Uşaqlarda mənşəyi naməlum olan hepatit xəstəliyi qeydə alıb
SAĞLAMLIQ
10:21 24.04.2022
538

Dünyanın 12 ölkəsində uşaqlar arasında mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma halları qeydə alıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat ümumulikdə 114 belə hadisənin qeydə alındığını açıqlayıb.

Mənşəyi məlum olmayan kəskin hepatitə bu günə qədər Böyük Britaniyada, İspaniyada, İsraildə, ABŞ-da, Danimarkada, İrlandiyada, İtaliyada, Niderlandda, Norveçdə, Fransada, Rumıniya və Belçikada rast gəlinib.

ÜST artıq kəskin hepatitdən bir ölüm halının qeydə alındığını da açıqlayıb.
OXŞAR XƏBƏRLƏR