ÜST-dən yeni virus xəbərdarlığı: “Daha ölümcül olacaq”

SAĞLAMLIQ
16:47 24.05.2021
3281
Bəşəriyyət gec-tez yeni bir pandemiya ilə üzləşəcək və o, indiki ilə müqayisədə daha təhlükəli olacaq.

Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın 74-cü sessiyasının açılışında bildirib.

"Bu virusdan da yoluxucu və ölümcül bir virus peyda olacaq”, – ÜST rəhbəri deyib.

Onun sözlərinə görə, məhz viruslarla mübarizə dövlətlərin bir-birilə rəqabət aparmamalı, əksinə, əməkdaşlıq etməli olduğunu göstərir.
 
///Report

OXŞAR XƏBƏRLƏR