Ekvadorda futbol matçına baxan qrupa silahlı hücum nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hücum Quayaquil şəhərində baş verib.
Guayaquil şəhərinin kənd məhəlləsində naməlum silahlı şəxslər futbol matçına baxan qrupa hücum ediblər.
Hücumda 10 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.
Bölgəyə çoxlu sayda polis qrupu sövq edilərkən, təcavüzkarların tapılması üçün geniş miqyaslı axtarışlara başlanılıb.
Mikayıl