Mayın 6-sı "ASK arena”da futbol oynayan şəxslərin pulları oğurlanıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti”nə məlumat verilib.
"Mənim 986 manatımı, dostlarımın birinin 80, digərinin 50 və başqa birinin 11 manatını götürüblər. İki gün əvvəl də eyni adam iş yerimin yanındakı matketdən oğurluq edib. Polisə məlumat verilib”, - deyə şikayətçi bildirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, hadisə ilə bağlı araşdırmalar aparılır:
"Əməli törədənin şəxsiyyəti müəyyən olunub. Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.