Stadionun rəhbəri: 'Azarkeş böyük qüvvədir, onların qarşısını almaq olmaz'

Stadionun rəhbəri:
İDMAN
01:25 26.08.2013
1491
"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.

AZXEBER.COM xəbər verir ki, cənub komandasının icraçı direktoru və Lənkəran Şəhər Stadionun rəhbəri Höccət Hacıyev Futbol11.az saytına açıqlamasında qalmaqalın təməlinin Bakıda qoyulduğunu deyib:

O vaxtkı oyunda Saşa Stemonkoviçə hakim cəza versəydi, bu gün bu hadisələr bu yerə gəlib çıxmazdı. Azarkeş böyük qüvvədir, onların qarşısını almaq olmaz. Bakıda Mahir Şükürov azarkeşlərimizə qeyri-etik jest etmişdi. Bu gün də onlar həmin jestin qarşılığını veriblər.Çox təəssüf edirəm ki, belə bir hal yaşanır. Futbola ləkə gətirən amillərdi bunlar".

OXŞAR XƏBƏRLƏR