Stadionun yerini dəyişərək rəqiblərinin psixologiyasını pozacaqlar

DÜNYA
15:28 11.10.2024
322
Boliviya DÇ-2026-da iştirak etmək məqsədi ilə ev oyunlarını 4000 metr hündürlükdə yerləşən Villa İngenio Stadionuna köçürüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu qərar yüksək hündürlüyün psixoloji və fiziki üstünlüyündən istifadə etməyi hədəfləyən bir strategiya kimi qiymətləndirilir.

Onların La Pazdakı köhnə sahəsi dəniz səviyyəsindən təxminən 3600 metr hündürlüyü ilə tanınsa da, onların yeni sahəsi El Altodakı Villa Ingenio Stadionu 4 min metrdən yuxarı hündürlüyü ilə diqqət çəkir.

Yüksək hündürlük üstünlüyü ilə evdə hər zaman çətin rəqib olan Boliviya dünya çempionatının seçmə mərhələsində keçirdiyi ilk 5 matçda 3 məğlubiyyətlə 10 komandalı qrupda sonuncu ikinci pilləyə düşüb. Bu mənfi tendensiya Boliviya Futbol Federasiyasını radikal qərar qəbul etməyə sövq edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR