00:27 çərşənbə Axşamı, 20 Avqust 2019
SOSİAL

"Statistika Komitəsinin sədri bazara gedir ya yox?" - Deputatdan irad

14:02, 21.05.20193292
"Şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsi (DGK) büdcə daxilolmaları ilə bağlı proqnozu artıqlaması ilə yerinə yetirir, gömrük sistemində məmur-biznes təması 0-a endirilib”.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

DGK rəsmisi həmçinin bildirib ki, Hesablama Palatası büdcənin icrası ilə bağlı rəyini parlamentə müzakirələrdən cəmi 1 gün əvvəl təqdim edib: "Odur ki, rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.

Millət vəkili Vahid Əhmədov da sözügedən məsələyə iradını bilirib: "Bir günə bu rəylə necə tanış olmaq olar?”

Deputat Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini də qeyd edib: "Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss
XƏBƏR LENTİ