Stilist Samir: "Samir Bağırov mənə çox zülmlər verib"
ŞOU-BİZNES
23:57 14.10.2011
5298
Populyar top-stilist Samir Əliyevin bir vaxtlar yaxın dost münasibətlərində olduğu müğənni Samir Bağırovu özünün bir nömrəli fanatı adlandırması cavabsız qalmadı. Trend-ə danışan Bağırov, adaşı ilə dostluğunu nə səbəbdən bitirdiyinə belə aydınlıq gətirdi."Xasiyyət etibarı ilə çox ciddi insanam. Bu səbəbdən də haqqımda kim nə danışırsa, sadəcə susmaqla ona cavab verirəm. Samir Əliyevə gəldikdə isə o, çox qəribə insandır. Dostlar arasında hər şey olur. Bəli, ondan incimişdim. Bir neçə dəfə mənə zəng edirdi, cavab vermirdim. Sonra eşidirəm ki, jurnalistlərə müsahibə verib, saytlarda mənim ünvanıma xoş olmayan sözlər deyib. İnanın, onun haqqımda dediklərini biləndə dəli olmuşdum. Bəlkə də fikirləşib ki, mən onunla münasibətlərimi birdəfəlik kəsmişəm. Bu belə deyildi. İnciməyimin səbəbi ona haradasa dərs vermək idi ki, məni əsəbiləşdirməkdən əl çəksin. Nə deyə bilərəm? Baxmayaraq ki, aramızda qalmaqal yaşanıb, ona "sağ ol" deyirəm. Çətin anlarımda yanımda olub. Onu məni bir nömrəli fanat adlandırması isə gülüncdür. Əgər desəydiniz ki, bu sözləri Samir Əliyev yox, Lady Gaga deyib, haradasa inandırıcı olardı", - Bağırov dedi.